...

Trayan Basesku: Rumıniya Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində nizamlanmasına yardım göstərməyə hazırdır

Siyasət Materials 12 Oktyabr 2006 16:04 (UTC +04:00)

Rumıniya Ermənistan-Azərbaycan münaqişəsinin beynəlxalq hüquq normaları çərçivəsində nizamlanmasına yardım göstərməyə hazırdır. Trend in "Lider" telekanalına istinadən xəbər verdiyi kimi, bu barədə Rumıniya prezidenti Trayan Basesku oktyabrın 12-də Bakıda ona Bakı Dövlət Universitetinin fəxri doktoru diplomunun təqdim olunması mərasimində bəyan edib.

Universitetin professor-müəllim heyəti qarşısında çıxış edən Rumıniya prezidenti iki ölkə arasında əməkdaşlığı yüksək qiymətləndirb. O, Rumıniyanın yürütdüyü siyasətin prioritet istiqamətləri barədə görüş iştirakçılarına məlumat verib. Onun sözlərinə görə, bu siyasət Xəzər və Qara dəniz regionunda əməkdaşlığa yönəlib. O, Azərbaycanı regionda ən böyük potensiala malik dövlət adlandırıb. "Rumıniya Avropada enerji təhlükəsizliyini təmin edir və enerji ehtiyatları ilə zəngindir. Ancaq Azərbaycanın enerji ehtiyatları və onların Avropaya tranziti bizim üçün böyük əhəmiyyət kəsb edir", - deyə prezident bəyan edib. O, həm də enerji təhlükəsizliyi sahəsində Azərbaycanın əldə etdiyi uğurları qeyd edib.

Rumıniya prezidenti regionda sülh və sabitliyin bərqərar olmasının, münaqişənin nizamlanmasının vacibliyini vurğulayıb.

Bu gün T.Basesku Heydər Əliyev Fonduna da baş çəkib və Azərbaycanın ümummilli liderinin fəaliyyəti ilə tanış olub.

Xəbər lenti

Xəbər lenti