Azərbaycan prezidenti İlham Əliyev oktyabrın 17-18-də Belarusa rəsmi səfər edəcək. Trend in xəbər verdiyi kimi, bu barədə Belarus XİN-nin məlumatında deyilir.
Səfər zamanı İlham Əliyevin Minsk traktor zavoduna, Minsk avtomobil zavoduna, BelAZ və Milli Kitabxanaya baş çəkəcəyi planlaşdırılır.
Azərbaycan Respublikasının prezidenti həmçinin Qələbə abidəsi önünə əklil qoyacaq.