...

Nazir müavini: Konfrans insan haqlarının müdafiəsi sahəsində milli qanunvericiliyin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasına yardım edəcək

Siyasət Materials 16 Oktyabr 2006 18:36 (UTC +04:00)

Tbilisidə "Kortiard Mariott" mehmanxanasında "Cənubi Qafqaz ölkələrində beynəlxalq hüququn milli qanunvericiliyə və məhkəmə təcrübəsinə təsiri" adı altında konfransın açılış mərasimi olub. Konfransı Gürcüstanın ədliyyə nazirinin müavini Konstantin Korkeliya və Almaniyanın Texniki Əməkdaşlıq Cəmiyyətinin Gürcüstan bürosunun rəhbəri Genrix-Yurgen Şillinq açıblar. Bakı Dövlət Universitetinin mühazirəçisi Yerkin Qədir məruzə ilə çıxış edib.

Gürcüstanın ədliyyə nazirinin müavini Konstantin Korkeliya Trend in Tbilisidəki xüsusi müxbiri ilə söhbəti zamanı bildirib ki, bu cür konfransların keçirilməsi insan haqlarının müdafiəsi sahəsində milli qanunvericiliyin Avropa qanunvericiliyinə uyğunlaşdırılmasına yardım edir.

"Cənubi Qafqaz ölkələrində beynəlxalq hüququn milli qanunvericiliyə və məhkəmə təcrübəsinə təsiri" konfransının işində Gürcüstan, Ermənistan və Azərbaycandan olan dövlət strukturları nümayəndələri, alimlər və praktiklər iştirak edirlər.

Konfransda Bakı Dövlət Universitetinin mühazirəçisi Yerkin Qədir bildirib ki, çox vaxt beynəlxalq normalar milli qanunvericiliyə uyğun gəlmir, amma bəzən bu cür nüanslar da olur: Azərbaycanda qüvvədə olan qanun, ölkə onu ratifikasiya etməsə də, beynəlxalq normanı əks etdirir. Söhbət dörd konfvensiyaya əlavə olunan 2 protokoldan gedir. "Konvensiyaları Azərbaycan ratifikasiya edib, amma protokolları yox. Hərçənd həmin sənəddə olan normalar qanunlarda öz əksini tapıb", - deyə Qədir bildirib.

Xəbər lenti

Xəbər lenti