...

Rusiya XİN başçısı: Noyabrda MDB sammitinə təhlükəsizliklə bağlı bir sıra saziş çıxarılacaq

Siyasət Materials 16 Oktyabr 2006 20:23 (UTC +04:00)

2006-cı ilin noyabrında Minskdə keçiriləcək Müstəqil Dövlətlər Birliyi sammitinə təhlükəsizlik və hüquq məsələləri ilə bağlı bir sıra saziş çıxarılacaq. Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, bu barədə Rusiyanın xarici siyasət idarəsinin başçısı Sergey Lavrov MDB Xarici İşlər Nazirləri Şurası iclasının yekunları ilə bağlı jurnalistlərə məlumat verərkən bildirib.

Onun sözlərinə görə, qeyri-leqal mühacirlərin təhvil-təslim edilməsi barədə razılıq əldə olunub, cinayət məhkəmə icraatı iştirakçılarının müdafiəsi haqqında saziş layihəsi, eləcə də çikrli pulların leqallaşdırılmasına və terrorizmin maliyyələşdirilməsinə qarşı tədbirlər haqqında müqavilə bəyənilib. Bundan başqa, S. Lavrov bildirib ki, MDB dövlət başçılarının görüşündə mütəxəssislərin ixtisaslarının artırılması və yenidən hazırlanması sahəsində əməkdaşlıq barədə saziş layihəsi müzakirəyə çıxarılacaq.

Öz növbəsində, Belorusiya XİN başçısı Sergey Martınov bildirib ki, MDB Xarici İşlər Nazirləri Şurasının iclasında Birlik çərçivəsində regionalararası və sərhədyanı əməkdaşlıq şurasının yaradılması ilə bağlı qərar qəbul olunub.

Xəbər lenti

Xəbər lenti