...

İlham Əliyev Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın yeni tərkibini təsdiq edib

Siyasət Materials 17 Oktyabr 2006 10:29 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə Azərbaycan və Belarus arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası birgə komissiyanın yeni tərkibi təsdiq edilib.

Trend in xəbər verdiyi kimi, baş nazirin birinci müavini Yaqub Eyyubov komissiyanın sədri təyin edilib. Bundan başqa komissiyanın tərkibinə sənaye və energetika naziri Natiq Əliyev, müdafiə sənayesi naziri Yavər Camalov, xarici işlər nazirinin müavini Xələf Xələfov, iqtisadi inkişaf nazirinin müavini Niyazi Səfərov, nəqliyyat nazirinin müavini Musa Pənahov, kənd təsərrüfatı nazirinin müavini İlham Quliyev, təhsil nazirinin müavini İradə Həsənova, fövqəladə hallar nazirinin müavini Orucəli Hacıyev, gənclər və idman nazirinin müavini İsmayıl İsmayılov, Azərbaycan Respublikasının Belarusdakı fövqəladə və səlahiyyətli səfiri Əli Nağıyev və Nazirlər Kabineti regional iqtisadi əlaqələr şöbəsinin müdiri Kamal İsmayılzadə (məsul katib) daxildir.

Xəbər lenti

Xəbər lenti