...

Etibar Pirverdiyev: 2007-ci ildə Rusiyadan Azərbaycana elektrik enerjisi idxalı dayandırıla bilər

Siyasət Materials 17 Oktyabr 2006 20:20 (UTC +04:00)
Etibar Pirverdiyev: 2007-ci ildə Rusiyadan Azərbaycana elektrik enerjisi idxalı  dayandırıla bilər

2007-ci ildə Azərbaycana Rusiyadan idxal olunan elektrik enerjisinin tədarük həcmi sıfra bərabər ola bilər. Trend in xəbər verdiyi kimi, bu barədə bugünkü mətbuat konfransında "Azərenerji" səhmdar cəmiyyətinin (SC) prezidenti Etibar Pirverdiyev məlumat verib.

Onun sözlərinə görə, Rusiya tərəfi Azərbaycana rəsmi olaraq bildirib ki, bu il elektrik enerjisinin ixracını əhəmiyyətli dərəcədə azaltmaq niyyətindədir və ola bilsin ki, ümumiyyətlə dayandırsın. Hazırda SC danışıqlar aprarır və müxtəlif variantlar işləyib hazırlayır.

Bununla əlaqədar olaraq Dərbənd-Yaşma ikinci elektrik ötürücü xəttinin inşası zərurəti ilə bağlı sual yaranır, - deyə E. Pirverdiyev qeyd edib. "İxrac olmadığı təqdirdə həmin xəttin inşasına da zərurət qalmır", - deyə o bildirib.

Hər il Azərbaycan Rusiyadan 1 mlrd. kVt/saat elektrik enerjisi alır.

Xəbər lenti

Xəbər lenti