...

Müsavat Partiyası Məclisindəki 30-a yaxın boş yerə seçkilər keçiriləcək

Siyasət Materials 19 Oktyabr 2006 18:22 (UTC +04:00)

Müsavat Partiyası Məclisindəki 30-a yaxın boş yerə seçkilər keçiriləcək. Bu barədə Trend ə Müsavat Partiyası başqanının müavini Arif Hacılı məlumat verib.

O bildirib ki, Məclis üzvlüyünə 30-a yaxın yer boşdur. Aif Hacılının sözlərinə görə, Məclisin növbəti iclaslarında seçkilər olacaq və yeni üzvlər seçiləcək. Məclisin iclasının vaxtı təyin olunandan sonra məclis üzvlüyünə namizədlərin irəli sürülməsinə başlanılacaq. Namizədlər ərizə ilə partiyanın başqanına müraciət etməlidirlər. İclasa təxminən 5 gün qalmış namizədliklə bağlı ərizələrin qəbulu başa çatacaq.

Qeyd edək ki, Müsavat Partiyasında Mərkəzi İcra Aparatı yaradılıb, partiya başqanının müşavirləri təyin olunub. Mərəkəzi İcra Aparatının rəhbərini, departament və şöbə müdirlərini başqan təyin edəcək.

A.Hacılı Müsavat Partiyasının oktyabrın 28-də keçirməyi planlaşdırdığı yürüş-mitinqlə bağlı hələ Bakı Şəhər İcra Hakimiyyətindən cavab verilmədiyini deyib. Onun sözlərinə görə, aksiyaya bu dəfə müsbət cavab verilməsi ehtimalı var.

Xəbər lenti

Xəbər lenti