Noyabrda Türkiyənin Azərbaycandakı yeni fövqəladə və səlahiyyətli səfiri Hüseyn Avni Karslıoğlunun Bakıya gələcəyi gözlənilir. Bu barədə Trend ə Türkiyənin Xarici İşlər Nazirliyindən bildiriblər.
Yeni səfir öz vəzifəsinə digər 29 diplomatla birgə oktyabrın 16-da Türkiyə prezidenti tərəfindən təyin edilib. 1956-cı il təvəllüdlü H. A. Karslıoğlu Türkiyənin BMT-dəki nümayəndəliyində, XİN-də məsul vəzifələrdə çalışıb, Türkiyənin Batumidəki baş konsulu olub. Sonuncu vəzifəsi Qafqaz və Orta Asiya ölkələri üzrə idarənin rəisi olub. Maraqlıdır ki, o, Türkiyənin Baş Qərargah rəisi Helmi Özkökün kürəkənidir.
2004-cü ilin noyabr ayından Azərbaycanda fəaliyyət göstərən Türkiyənin hazırki səfiri Turan Moralının isə Bakıdakı missiyasını noyabrın əvvəllərində başa vuracağı gözlənilir.