...

Milli Məclisin iclasında deputatlar mətbuatın vəziyyətini müzakirə ediblər

Siyasət Materials 20 Oktyabr 2006 13:04 (UTC +04:00)

Milli Məclisin bir qrup üzvü oktyabrın 20-də keçirilən Milli Məclisin növbəti iclasında mətbuata edilən təzyiqlərdən narahatlıq ifadə ediblər.

Trend xəbər verir ki, millət vəkilləri ANS telekanalının Vergilər Nazirliyi tərəfindən hədəfə alındığını bildiriblər. MM sədri Oqtay Əsədov bu məsələ ilə bağlı mövqeyini bildirib: "ANS Şirkətlər Qrupu Milli Məclisin sədrinə məktub ünvanlayıb. Biz bu məktubu araşdırırıq. Cavabımız hazır olandan sonra teleşirkətin rəhbərliyi dəvət olunacaq və nə kömək lazımdırsa, edəcəyik".

Spiker "Azadlıq" qəzeti ilə bağlı məsələyə də münasibət bildirib. Qeyd edib ki, bu qəzeti heç kim bağlamır: "Məsələ qanun çərçivəsində həll olunmalıdır. Hələlik Əmlak Komitəsi məhkəməyə müraciət edib. Qoy "Azadlıq" qəzeti də qarşılıqlı iddia qaldırsın. Bu hüququ onun əlindən heç kim almayıb". Spiker onu da qeyd edib ki, bu məsələni də araşdıracaq.

Xəbər lenti

Xəbər lenti