Milli Məclisin deputatı İmamverdi İsmayılov Nazirlərin Regional Planlaşdırma üzrə Avropa Konfransının (CEMAT) 14-cü sessiyasında iştirak etmək üçün oktyabrın 25-də Lissabona yola düşəcək. Bu barədə Trend ə Milli Məclisin mətbuat xidmətindən bildiriblər.
Avropa Şurası çərçivəsində keçiriləcək tədbir "Avropa qitəsinin davamlı ərazi inkişafı üçün şəbəkələr: Avropadan keçən körpülər" mövzusuna həsr olunub.
Deputatımız mövzu ilə bağlı muzakirələrdə iştirak edəcək, öz fikirlərini söyləyəcək, təkliflərini verəcək.
Səfər oktyabrın 29-da başa çatacaq.