Oktyabrın 29-da Avropa Şurası Parlament Assambleyası monitorinq komitəsinin Azərbaycan üzrə həmməruzəçiləri Andres Herkel və Toni Lloyd Bakıya gələcək. Bu barədə Trend ə eksklüziv olaraq AŞPA monitorinq komitəsinin həmməruzəçisi Andres Herkel məlumat verib.
O qeyd edib ki, Azərbaycana səfərləri 4 gün davam edəcək.
Bundan başqa həmməruzəçilər Quba rayonuna da baş çəkəcək və burada bir sıra görüşlər keçiriləcək. Səfər zamanı Azərbaycan hökuməti, vətəndaş cəmiyyəti nümayəndələri, o cümlədən jurnalistlərlə görüşlər təşkil olunacaq. Həmməruzəçilər səfərin yekunlarına dair hesabat hazırlayacaq.