...

Azərbaycanın hərbi nümayəndə heyəti Ukraynada səfərdədir

Siyasət Materials 25 Oktyabr 2006 19:38 (UTC +04:00)

Kadların hazırlanması sahəsində təcrübə mübadiləsi aparmaq üçün Azərbaycan Respublikasının hərbi nümayəndə heyəti Ukraynada səfərdədir.

Ukrayna Müdafiə Nazirliyindən Trend in Kiyevdəki xüsusi müxbirinə verilən məlumata görə, səfər zamanı Azərbaycan hərbçiləri hərbi təhsil sistemində NATO standartlarının tətbiqi sahəsində ukraynalı həmkarları ilə təcrübə mübadiləsi aparmaq niyyətindədirlər.

Tədbir 2006-ci il üçün Ukrayna və Azərbaycan Respublikası müdafiə idarələri arasındakı ikitərəfli əməkdaşlıq Planına uyğun keçiriləcək.

Səfər zamanı hər iki ölkənin orduları arasında hərbi təhsil sahəsində əməkdaşlığın inkişafı və Ukrayna və Azərbaycan Respublikasının hərbi liseyləri arasında əməkdaşlığın qurulması perspektivlərinin müzakirəsi planlaşdırılır. Həmçinin tərəflər hərbi və milli təhsil sistemində islahatlarla bağlı informasiya və hərbi təhsil sistemində NATO standartlarının tətbiqi sahəsində təcrübə mübadiləsi aparmaq niyyətindədirlər.

Səfər oktyabrın 26-dək davam edəcək.

Xəbər lenti

Xəbər lenti