Azərbaycan Respublikasının prezidenti İlham Əliyev oktyabrın 25-də Azərbaycan mədəniyyətinin inkişafındakı xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilovun "Şöhrət" ordeni ilə təltif edilməsi ilə bağlı sərəncam verib. Trend xəbər verir ki, dövlət başçısı eyni zamanda F.Xəlilovun anadan olmasının 60 illiyi münasibətilə ona təbrik məktubu ünvanlayıb.
Təbrik məktubunda prezident F.Xəlilovun Azərbaycan rəssamlıq sənətinin inkişafında böyük xidmətlər göstərən mahir fırça ustalarından olmasını göstərib. Dövlət başçısı F.Xəlilovun Azərbaycan Rəssamlar İttifaqının sədri vəzifəsində uzun illərdən bəri yüksək təşkilatçılığını və gənc rəssamlar nəslinin yetişdirilməsində səmərəli fəaliyyətini də təqdirəlayiq hesab edib.