...

"İrəli" ÜGH noyabrın 1-də Zəngilan rayonun işğalının 13 illiyi ilə bağlı "E-mail hücum" İnternet aksiyasına başlayacaq

Siyasət Materials 30 Oktyabr 2006 13:00 (UTC +04:00)

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı noyabrın 1-də Zəngilan rayonun işğalının 13 illiyi ilə bağlı "E-mail hücum" İnternet aksiyasına başlayacaq. Buü barədə Trend ə adıçəkilən hərəkatın təsisçilərindən olan Fərhad Məmmədov bildirib.

Onu da bildirək ki, adıçəkilən hərəkat bir neçə belə layihə həyata keçirib. Belə layihələrdən biri Beynəlxalq Münasibətlər və Qarabağ və İnformasiya Texnologiyaları Departamentlərinin birgə təşkil etdiyi internet aksiyalarıdır. "E-mail hücum" adlanan bu aksiyaların əsas məğzi xüsusi olaraq yığılmış dünya ölkələri prezidentlərinin, parlament üzvlərinin, nazirlərin, elm ocaqlarının, kütləvi informasiya vasitələrinin, beynəlxalq qeyri-hökümət təşkilatlarının, gənclər təşkilatlarının elektron ünvanlarına Azərbaycan həqiqətləri, Qarabağın işğalı haqqında ingilis, fransız, alman, italyan dillərində geniş məlumatın hazırlanıb yollanmasıdır. Bu il ərzində onlarla belə aksiyalar keçirilib.

Aksiya Firudin Ağayev 562 (Elmlər Akademiyası metrosunun çıxışı ilə üzbəüz) ünvanında yerləşən "Dünya" İnternet Klubunda gerçəkləşdiriləcək. İki saat ərzində 10 kompyuterdə hərəkat fəalları "E-mail hücum"u həyata keçirəcəklər. "Zəngilanın işğalı ilə bağlı" məlumatlar "E-mail hücum" vasitəsilə dünya ictimayyətinə çatdırılacaq.

"İrəli" Ümumrespublika Gənclər Hərəkatı 2005-ci ildə yaradılıb. Minə yaxın gənci öz sıralarında birləşdirən hərəkatın nəzdində 7 departament fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti