...

QİƏT XİNŞ toplantısında Azərbaycanı nazir müavini təmsil edəcək

Siyasət Materials 30 Oktyabr 2006 13:18 (UTC +04:00)

Azərbaycanın xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı (QİƏT) ölkələri Xarici işlər nazirləri Şurasının (XİNŞ) noyabrın 1-2-də Moskvada keçiriləcək növbəti toplantısında Azərbaycanı təmsil edəcək. Bu barədə M.Məmmədquliyev Trend ə eksklüziv olaraq məlumat verib.

Toplantıda iştirakçı -ölkələrin nümayəndə heyətlərinin rəhbərləri arasında regional əməkdaşlıqda vəziyyət haqqında fikir mübadiləsi aparılacaq.

Nazirlərin diqqəti əməli əməkdaşlığın nəqliyyat və rabitə, energetika, turizm, fövqəladə halların nəticələrinin aradan qaldırılmasında qarşılıqlı fəaliyyət, ətraf mühitin mühafizəsi, eləcə də terror və mütəşəkkil cinayətlə birgə mübarizə, bölgədə xüsusilə təhlükəli yoluxucu xəstəliklərin yayılmasının qarşısının alınması kimi sahələrində tam konkret məsələlərin həllinə yönələcək.

Xatırladaq ki, QİƏT XİNŞ -in əvvəlki toplantısı aprelin 26-da Buxarestdə keçirilib və o vaxt QİƏT sədrliyi Rusiyaya verilib.

Qara dəniz iqtisadi əməkdaşlıq təşkilatı - 12 ölkənin daxil olduğu beynəlxalq regional iqtisadi təşkilatdır (1992-ci ildə yaradılıb, qərargahı İstanbuldadır). Həmin ölkələr Rusiyadan başqa, Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rumıniya, Serbiya və Çernoqoriya, Türkiyə, Ukraynadır.

Xəbər lenti

Xəbər lenti