...

İspaniya Azərbaycanda öz səfirliyini açacaq

Siyasət Materials 30 Oktyabr 2006 18:41 (UTC +04:00)

İspaniya hökuməti Azərbaycanda səfirlik açmaq haqqında qərar qəbul edib. Bunu İspaniyanın səhiyyə və istehlak işləri üzrə naziri xanım Elena Salqado Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarovla görüşündə bəyan edib. Bu barədə Trend ə Azərbaycan XİN-in mətbuat mərkəzindən bildiriblər.

Xanım E.Salqado ilk İspaniya naziri olaraq ölkəmizə səfər etdiyini və bu səfərin ikitərəfli münasibətlərin genişlənməsi işinə xidmət edəcəyinə ümidvar olduğunu bildirib. Nazir İspaniya hökumətinin ikitərəfli münasibətlərin inkişafında maraqlı olduğunu və bunun üçün yaxşı potensialın olduğunu vurğulayıb.

Nazir E. Məmmədyarov da öz növbəsində İspaniya ilə əlaqələrə böyük önəm verildiyini bildirib, həmçinin gələn il İspaniyanın ATƏT-ə sədrlik edəcəyini və bu baxımdan da əməkdaşlığın daha da gücləndirilməsinin vacibliyini vurğulayıb.

Xanım E.Salqado İspaniyanın ATƏT-də gələcək sədrliyi çərçivəsində Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində aparılan səyləri dəstəkləyəcəyinə, münaqişənin yalnız diplomatik vasitələrlə həllinə çalışacağına ümidvar olduğunu bildirib.

Görüşdə həmçinin E.Salqadonun Ümumdünya Səhiyyə Təşkilatının baş direktoru vəzifəsinə namizədliyi ilə bağlı məsələlər də müzakirə olunub.

Xəbər lenti

Xəbər lenti