...

MSK başçısı: Avropa Şurası bələdiyyə seçkiləri zamanı konkret qanun pozuntuları faktlarını təqdim etməyib

Siyasət Materials 31 Oktyabr 2006 13:00 (UTC +04:00)

Avropa Şurası nə rəsmi, nə də qeyri-rəsmi səviyyədə 6 oktyabr bələdiyyə seçkiləri zamanı konkret qanun pozuntuları faktlarını Azərbaycan MSK-ya təqdim etməyib. Trend xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov bildirib.

"Avropa Şurasının yerli və regional hökümət orqanları Konqresi nümayəndələrinin bəyanatları ümumi xarakter daşıdığından, bu, MSK-nı pis vəziyyətdə qoydu", - deyə M.Pənahov qeyd edib. O vurğulayıb ki, Azərbaycan bütün beynəlxalq təşkilatların fikrinə diqqətlə yanaşır.

Xatırladaq ki, Lyudmila Sfirloaqanın başçılıq etdiyi Avropa Şurası yerli və regional hökümət orqanları konqresinin nümayəndə heyəti Azərbaycanda bələdiyyə seçkilərinin monitorinqini keçirib. Monitorinqin yekunları üzrə hesabat noyabrın 13-14-də Moskvada Avropa Şurası yerli və regional hökümət orqanları Konqresinin plenar sessiyasında müzakirə ediləcək.

Xəbər lenti

Xəbər lenti