...

Azərbaycan parlamentariləri türkiyəli həmkarlarının təcrübəsini öyrənir

Siyasət Materials 31 Oktyabr 2006 13:27 (UTC +04:00)

Azərbaycan Milli Məclisi ekspertləri və İdarəetmə Aparatı nümayəndələrindən ibarət qrup Ankarada təcrübə və ixtisas artırma kursları keçir. Trend in xəbər verdiyi kimi, kurslar Türkiyə Böyük Milli Məclisinin (TBMM) inkişaf və türk əməkdaşlığı İdarəsinin təşəbbüsü ilə təşkil olunmuş parlamentlərarası təcrübə mübadiləsi proqramı çərçivəsində keçir.

Kursların açılışında Türkiyə parlamenti spikerinin müavini İsmayıl Alptəkin, TBMM-in baş katibi Rauf Bozqurd və başqaları çıxış edib. Kurslar çərçivəsində "TBMM-in iş sistemi", "Qanunvericiliyin mənimsənilməsi", "İctimaiyyətlə əlaqələr komissiyası, daimi komissiya və alt komissiyaların işi" və "Parlamentin işinə nəzarət üsulları" mövzularında seminarlar da keçiriləcək.

Kurslar noyabrın 3-də başa çatacaq.

Xəbər lenti

Xəbər lenti