...

Beynəlxalq Enerji Forumunun başçısı: Bakı-Tbilisi-Ceyhan boru kəməri beynəlxalq təhlükəsizliyi möhkəmləndirir

Siyasət Materials 1 Noyabr 2006 10:30 (UTC +04:00)
Beynəlxalq Enerji Forumunun başçısı: Bakı-Tbilisi-Ceyhan boru kəməri beynəlxalq təhlükəsizliyi möhkəmləndirir

Trend in Moskvadakı xüsusi müxbirinin Beynəlxalq Enerji Forumunun baş katibi Anri Valterlə eksklüziv müsahibəsi

- Azərbaycanın çox əhəmiyyətli transregional layihələri uğurla həyata keçirməsini nəzərə almaqla, qlobal enerji dialoqunda ölkəmizin iştirakını necə qiymətləndirirsiniz?

- Azərbaycan həm istehsalçı, həm də tranzit ölkə kimi çox mühüm rol oynayır. Və bu rol əhəmiyyətli Bakı-Tbilisi-Ceyhan (BTC) kəmərinin açılması ilə daha da gücləndi. Deyərdim ki, BTC beynəlxalq enerji şəbəkəsinə müxtəliflik gətirir, müxtəliflik isə, öz növbəsində, beynəlxalq təhlükəsizliyi möhkəmləndirir. BTC-nin mühümlüyü də məhz bundadır. Bundan başqa, bu boru kəməri Qazaxıstan kimi ölkələr və elə Azərbaycanın özü üçün də yeni bazarlar açır. Bu, neft və qazın ixracı üçün çox mühümdür.

- Sizcə, bu günlərdə keçirilən Moskva Enerji Forumu hansı əhəmiyyət kəsb edir?

- Forumun əhəmiyyəti ondan ibarətdir ki, bu format vasitəsi ilə Rusiyanın neft və qaz istehsalçıları, Rusiya hökumətinin nümayəndələri nüfuzlu qərb şirkətlərindəki öz həmkarları, işgüzar və elmi dairələrin təmsilçiləri, ekspertlərlə görüşürlər. Energetika müxtəlif peşəli insanları özündə birləşdirən kompleks bir anlayışdır. Və bizə enerji sənayesinin müxtəlif elementlərini başa düşmək lazımdır. Bu, həmin sahədə özü-özlüyündə həsas olan milli və qlobal siyasəti həyata keçirməyə imkan verir, çünki biz hamımımz bir-birimizlə əlaqəliyik və aramızda olan dialoq əməkdaşlığımızın mərkəzidir.

- Bu cür forumların Azərbaycanda keçirilməsi planlaşdırılırmı?

- Bizim təşkilatımız - Beynəlxalq Enerji Forumu Səudiyyə Ərəbistanının paytaxtı, Ər-Riyadda yerləşir və özündə 60 ölkəni, o cümlədən Azərbaycanı birləşdirir. Gələn il biz Şərqi Asiyanın istehsalçı ölkələri, Yaponiya, Çin, Koreya, Hindistan, eləcə dəAzərbaycan və Rusiyanın da daxil olduğu Mərkəzi və Şimali Asiyanın istehsalçı ölkələrinin energetika nazirləri arasında görüş keçirməyi planlaşdırırıq. Bu görüş Türkiyədə keçiriləcək və Azərbaycan Türkiyə ilə birgə həmin sammiti həmqəbuledən ölkə olacaq. Sammitin keçirilməsi 2007-ci ilə planlaşdırılıb.

Xəbər lenti

Xəbər lenti