...

AŞPA həmməruzəçiləri Məkəzi Seçki Komissiyasında görüş keçiriblər

Siyasət Materials 1 Noyabr 2006 12:07 (UTC +04:00)

Azərbaycanda səfərdə olan Avropa Şurası Parlament Assambleyasının (AŞPA) Monitorinq Komitəsinin həmməruzəçiləri Ardres Herkel və Toni Lloyd noyabrın 1-də Məkəzi Seçki Komissiyasında (MSK) görüş keçiriblər. Bu barədə Trend ə MSK-nın beynəlxalq əlaqələr şöbəsinin müdiri Rövzət Qasımov məlumat verib.

O bildirib ki, görüşdə bu il oktyabrın 6-da keçirilmiş bələdiyyə seçkiləri, həmçinin əvvəlki seçkilərlə bağlı ortaya çıxmış problemlər, onların aradan qaldırılması üçün görülən tədbirlər barədə həmməruzəçilərə məlumat verilib.

"MSK sədri Məzahir Pənahov bələdiyyə seçkilərinin keçirilməsi, yaranmış problemlərin aradan qaldırılması, bəzi məntəqələrdə nəticələrin etibarsız sayılması, iki komissiyanın - bir dairə və bir məntəqə seçki komissiyasının tərkibinin buraxılması haqda danışıb. Seçki zamanı pozuntulara yol verilibsə, günahkarların cəzalandırılması məsələsi, həmçinin təşkilati işlər barədə müzakirələr aparıldı. Ümumiyyətlə, seçkilərlə bağlı qonaqlara ətraflı məlumatlar verildi", - deyə R.Qasımov bildirib.

Onun sözlərinə görə, AŞPA həmməruzəçiləri müzakirə olunan seçki məsələləri haqda hər hansı fikir və irad bildirməyiblər. Həmməruzəçilər yalnız məlumatlar toplayır, onları maraqlandıran məsələlər barədə soruşurlar.

Xəbər lenti

Xəbər lenti