...

Şahmar Mövsümov: Azərbaycan neft gəlirlərinin daxil olmasının ssenarilərini hazırlayıb

Siyasət Materials 1 Noyabr 2006 13:27 (UTC +04:00)

İlkin məlumatlara görə, 2007-ci ildə Bakı-Tiflis-Ceyhan layihəsindən dividentlər boru kəməri ilə neftin nəqli çərçivəsində tariflərin ödənilməsi hesabına təxminən $80 mln. təşkil edəcək.

Trend in xəbər verdiyi kimi, noyabrın 1-də keçirilmiş mətbuat konfransında ARDNF-in icraçı direktoru Şahmar Mövsümov bəyan edib ki, bunun $15 mln-u Azərbaycanın payına düşəcək.

"Bunun kiçik məbləğ olduğunu nəzərə alınaraq, bu rəqəmlər ARDNF büdcəsinə daxil edilməyib. Bu vəsaitlərin fondun büdcəsinə daxil edilməsi nəzərdə tutulur", - deyə o bildirib. Onun sözlərinə görə, uzunmüddətli və ortamüddətli neft gəlirlərini idarəetmə strategiyası çərçivəsində Azərbaycan hökuməti netf gəlirlərinin daxil olmasının 3 ssenarisini hazırlayıb.

"Ssenarilər neftin bir barelinin 40, 50 və 60 dollar dəyərində 3 müxtəlif qiyməti əsasında hazırlanıb. Gəlirlər təxminən $8 mlrd-dan $15 mlrd-a qədər təşkil edəcək. Yüksək gəlirlərin əldə olunması müxtəlif illərə təsadüf edir. Hər şey neftin dünya qiymətlərindən və neft hasilatının həcmindən asılıdır", - deyə Ş.Mövsümov qeyd edib.

O bildirib ki, ən yüksək gəlirlər 2009-2011-ci illərə təsadüf edəcək.

Xəbər lenti

Xəbər lenti