...

AXCP-nin icazəsiz aksiyası dağıdılıb

Siyasət Materials 2 Noyabr 2006 15:04 (UTC +04:00)

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) noyabrın 2-də Prezident Aparatının yaxınlığında keçirmək istədiyi icazəsiz aksiya dağıdılıb. Trend xəbər verir ki, aksiya "Azadlıq" qəzeti və adıçəkilən partiyanın Xəqani küçəsi, 33 ünvanda yerləşən ofisdən çıxarılmasına etirazla bağlı olub.

Aksiyanın qarşısı "Bakı soveti" metrostansiyası qarşısında alınıb. AXCP mətbuat xidmətinin rəhbəri İsaq Əvəzoğlu polislərə müqavimət göstərdiyinə görə Səbail rayon Polis İdarəsinin 39-cu polis bölməsinə aparılıb. Bu hadisədən bir qədər keçmiş partiya üzvləri iqtidar əleyhinə müxtəlif şüarlar səsləndiriblər. Aksiya iştirakçıları Bakı meriyasına tərəf irəliləmək istəsələr də polislər buna imkan verməyiblər.

Aksiya iştirakçılarından bir neçəsi adıçəkilən bölməyə aparılıb.

"Azadlıq" siyasi blokunda təmsil olunan müxalifətdəki AXCP 90-cı illərdə yaradılan Azərbaycan Xalq Cəbhəsinin bazasında partiya kimi formalaşıb. Partiyanın ilk sədri eks-prezident Əbülfəz Elçibəy olub. Ə.Elçibəy vəfat etdikdən sonra partiya üç yerə parçalanıb.

Xəbər lenti

Xəbər lenti