...

Əli Bayramlı və Mingəçevirə dəymiş ziyanın aradan qaldırılması məqsədilə dövlət büdcəsindən 3 mln manat vəsait ayrılır

Siyasət Materials 2 Noyabr 2006 16:05 (UTC +04:00)

Noyabrın 2-də Azərbaycan prezidenti Əlibayramlı və Mingəçevir şəhərlərində yağmış leysan yağışları nəticəsində dəymiş ziyanın aradan qaldırılması üzrə tədbirlər haqqında sərəncam imzalayıb.

Trend in xəbər verdiyi kimi, sənəddə qeyd olunur ki, Əlibayramlı və Mingəçevir şəhərlərində yağmış leysan yağışları nəticəsində şəhər təsərrufatına və əhaliyə ziyan dəyib. Bu ziyanın aradan qaldırılması üçün prezidentin Ehtiyat Fondundan 2 mln AZN Əlibayramlı İcra Hakimiyyəti, 1 mln AZN isə Mingəçevir İcra Hakimiyyəti üçün ayrılır.

Əlibayramlı və Mingəçevir icra hakimiyyətlərinə 2 ay müddətində şəhər təsərrüfatına və əhaliyə dəymiş ziyanın müəyyən olunmuş qaydalar üzrə qiymətləndirilməsi əsasında lazımi tədbirlər görmək və bu barədə prezidentə məlumat vermək tapşırılır.

Xəbər lenti

Xəbər lenti