Noyabrın 2-də Bakıda səfərdə olan Avropa Təhlükəsizlik Araşdırmaları Mərkəzinin (ATAM) nümayəndələri Erik Sportel və Merijn Hartoq Ədliyyə Nazirliyinin Məhkəmə Qərarlarının İcrası Baş İdarəsində (MQİBİ) görüş keçiriblər. Bu barədə Trend ə MQİBİ-nin qərargah rəisi Musa Hümbətov məlumat verib.
M.Hümbətovun sözlərinə görə, görüşdə ATAM-ın Azərbaycanda həyata keçirməyi planlaşdırdığı "Starlink" proqramı çərçivəsindəki layihələrdə MQİBİ-nin iştirakı məsələsi müzakirə olunub.
Qeyd edək ki, ATAM-ın "Starlink" proqramı 2007-ci ilin birinci yarısı ərzində müdafiə, hüquq və kəşfiyyat sahəsində demokratik idarəetməyə yardım məqsədi ilə həyata keçiriləcək. Bu layihə çərçivəsində seminarlar və treninqlərin keçirilməsi planlaşdırılır.
ATAM-ın bu proqramı çərçivəsində Moldova, Gürcüstan və Ukraynada müxtəlif tədbirlər həyata keçirilib.