...

Sərhədçilər "Bakı-Türkmənbaşı" marşrutu ilə ölkəni tərk etmək istəyəni yaxalıyıblar

Siyasət Materials 3 Noyabr 2006 12:47 (UTC +04:00)

Cari ilin oktyabr ayı ərzində Azərbaycanın dövlət sərhədinin mühafizəsi zamanı sərhədçilər "Bakı-Türkmənbaşı" marşrutu ilə "Naxçıvan" bərəsindəki boş vaqonda gizli yolla ölkəni tərk etmək istəyəni yaxalıyıblar. Bu barədə Trend ə Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Ay ərzində 8 halda dövlət sərhədinin pozulmasının qarşısı alınıb. 9 nəfər Azərbaycan, 2 nəfər İran, 2 nəfər Qazaxıstan, 2 nəfər Pakistan, 1 nəfər Gürcüstan vətəndaşı sərhəd pozucusu qismində, 18 nəfər sərhəd rejimi qaydalarının pozucusu qismində saxlanılıb. Axtarışda olan 40 nəfər saxlanılaraq hüquq mühafizə orqanlarına təhvil verilib.

Narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə nəticəsində sərhəddən 514 qram heroin keçirilməsinin qarşısı alınıb.

Müvafiq sənədləri olmadığına görə 38 nəfər, sərhədi saxta sənədlərlə keçmək istəyən 2 nəfər Banqladeş, 1 nəfər Azərbaycan vətəndaşı saxlanılıb, 10 nəfərsə şübhəli şəxs qismində saxlanılıb, 15 nəfərsə arzuolunmaz şəxs kimi geri qaytarılıb.

Həmçinin 9 nəfər İran, 8 nəfər Türkiyə, 5 nəfər Filippin, 4 nəfər Fransa, 2 nəfər Nigeriya, 2 nəfər Hindistan, 1 nəfər Mərakeş, 1 nəfər Özbəkistan, 1 nəfər Cənubi Afrika Respublikası, 1 nəfər Oman, 1 nəfər Qvineya, 1 nəfər Trinidad və Tobaqo vətəndaşı vizasının olmamasına görə saxlanılaraq barələrində müvafiq tədbirlər görülüb.

Xəbər lenti

Xəbər lenti