...

Bakıda Azərbaycan və Ukrayna vətəndaşlarının sosial təminat məsələləri müzakirə olunacaq

Siyasət Materials 3 Noyabr 2006 13:53 (UTC +04:00)

Bakıda Azərbaycan və Ukrayna vətəndaşlarının sosial təminat məsələləri müzakirə olunacaq. Bu barədə Trend ə Ukraynanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Danışıqlar Ukraynanın əmək və sosial siyasət naziri Mixail Papiyevin Azərbaycana səfəri çərçivəsində aparılacaq. 4 günlük rəsmi səfər çərçivəsində bir sıra görüşlər keçiriləcək, iki ölkə arasında əmək və sosial müdafiə sahəsində ikitərəfli əməkdaşlıqla bağlı qarşılıqlı maraq doğuran məsələlər müzakirə olunacaq.

Səfər zamanı hər hansı bir sənədin imzalanacağı gözlənilmir.

Xəbər lenti

Xəbər lenti