...

Azərbaycanın yeni açılacaq 10 səfirliyi üçün 2007-ci ilin dövlət büdcəsindən 7,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub

Siyasət Materials 6 Noyabr 2006 18:22 (UTC +04:00)

Azərbaycanın yeni fəalliyyətə başlayacaq 10 səfirliyi üçün 2007-ci ilin dövlət büdcəsindən 7,5 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Trend in məlumatına görə, bu barədə Milli Məclisində 4 komissiyanın "Azərbaycan Respublikasının 2007-ci il dövlət büdcəsi haqqında" Qanun layihəsinin müzakirəsinə həsr olunmuş birgə iclasında Maliyyə Nazirliyinin nümayəndəsi Şakir Quliyev açıqlama verib.

O bildirib ki, yeni səfirliklər İsveçrə, Çexiya, Argentina, Suriya Ərəb Respublikası, Qətər, Malayziya, Xorvatiya və Niderland Krallığında fəaliyyətə başlayacaq. Ş.Quliyevin sözlərinə görə, dövlət büdcəsinin diplomatik nümayəndəliklərə ayrılan hissəsi hazırlanarkən Azərbaycanın xarici ölkələrdəki səfirlərinin 2006-cı ilin avqustunda Bakıda keçirilmiş müşavirəsində səslənən irad və təkliflər nəzərə alınıb.

Azərbaycan xarici işlər nazirinin müavini Vaqif Sadıqov bildirib ki, ölkəmizin ümumilikdə 160 ölkə ilə diplomatik münasibətləri var. 38 ölkədə səfirliyimiz, 4 beynəlxalq təşkilatda daimi nümayəndəliyimiz, 5 şəhərdə baş konsulluğumuz, 2 fəxri konsulluğumuz fəaliyyət göstərir. 2004-ildən bəri Azərbaycanın 20 diplomatik nümayəndəliyi açılıb. Gələn il - 2007-də isə səfirliyimizin olmadığı 10 ölkədə diplomatik nümayəndəlik açılacaq.

Xəbər lenti

Xəbər lenti