...

ATƏT Gürcüstanın Azərbaycan, erməni, yunan və rus icmalarını dəstəkləyir

Siyasət Materials 7 Noyabr 2006 17:40 (UTC +04:00)

Noyabrın 8-də Tiflisdə ATƏT-in maliyyələşdirdiyi Kvemo Kartlidə yaşayan milli azlıqların vətəndaş iştirakına yardım göstərilməsinə yönəldilmiş layihənin təqdimatı keçiriləcək. Bu barədə Trend ATƏT-in informasiya ofisinin məlumatına istinadən xəbər verir.

Çoxmillətli Gürcüstan Qadınlar Assosiasiyası ilə birgə gerçəkləşdirilən layihə azərbaycanlı, erməni, yunan və rus icmalarının yaşadığı Dmanisi, Zalka, Bolnisi və Marneulidə hüquqların qorunması və demokratik inkişaf, o cümlədən gender sahəsində fəaliyyət göstərəcək qeyri-hökumət təşkilatının yaradılmasına kömək edəcək.

Bu layihə çərçivəsində təşkil olunacaq treninqlər və seminarlar liderliyin, maliyyə, personal və təşkilati bacarıqların inkişafına həsr olunacaq. Azərbaycan, gürcü və erməni dillərində çıxacaq informasiya bülletenləri Kvemo Kartlidə yayılacaq.

Xəbər lenti

Xəbər lenti