...

Asim Mollazadə Nəsimi rayonundakı təhsil və səhiyyə ocaqlarını ziyarət edib

Siyasət Materials 8 Noyabr 2006 16:00 (UTC +04:00)

Demokratik İslahatlar Partiyasının sədri, millət vəkili Asim Mollazadə seçildiyi Nəsimi rayonu ərazisində yerləşən bir sıra təhsil və səhiyyə ocaqlarına ziyarətlərini davam etdirib. O, Bakı Anadolu Türk litseyində, 1 saylı körpələr evində, 5 saylı poliklinikada, Elmi-Tədqiqat Hematologiya və Transfuziologiya İnstitutunda, Azərbaycan Respublikası Travmatologiya və Ortopediya İnstitutunda, Ə.Qarayev adına 2 saylı Kliniki Uşaq Xəstəxanasında olub.

Asim Mollazadə sözügedən təhsil və səhiyyə ocaqlarının problemləri ilə yaxından maraqlanıb. Millət vəkili bu obyektlərin rəhbərləri və kollektivi ilə təhsil və səhiyyə sahəsində aparılması vacib olan islahatları müzakirə edib. Baş çəkdiyi obyektlərin yerləşdiyi binalarda qış mövsümünə hazırlığın vəziyyətilə də ətraflı tanış olub.

Məlumatı partiyanın mətbuat xidmətindən almışıq.

Xəbər lenti

Xəbər lenti