Azərbaycan Respublikası Gənclər təşktilatı Milli Şurasının sədri, millət vəkili Fuad Muradov və qurumun baş katibi Nicat Məmmədli 9-11 noyabrda Vilnüs şəhərində keçiriləcək Avropa Gənclər Forumunun Baş Assambleyasının iclasında iştirak edəcəklər. Bu barədə Trend ə Mili Şuradan məlumat verilib.
Tədbirdə 200-dən çox Avropa gənclər təşkilatları liderləri, Avropa Şurası, Avropa Biliyi rəsmiləri iştirak edəcək. İclasda qurumun yeni prezidenti və büro üzvləri seçiləcək, gənclərin problemlərinin həlli və yaşam bacarıqlarının inkişafına yönəlmiş strategiya müzakirə olunacaq.