...

Gəncə-İstanbul-Gəncə təyyarə reysi dekabrın 2 də istifadəyə veriləcək

Siyasət Materials 10 Noyabr 2006 13:13 (UTC +04:00)

Gəncə - İstanbul - Gəncə təyyarə reysi dekabrın 2-də açılacaq. Bu barədə məlumatı Trendə "Planet Go" MMC-nin direktoru Elxan Həsənov verib.

Onun sözlərinə görə, reyslər həftədə iki dəfə olmaqla III və V günlər, saat 11: 00-da təşkil olunacaq. "Yeni görkəmdə və müasir xidmətləri ilə ötən ay istifadəyə verilən Gəncə Beynəlxalq Hava Limanından İstanbula uçmaq istəyən şəxslər bileti "Turan GİR" şirkətinin aviakassasından əldə edə biləcəklər. Artıq bir neçə bilet satılıb" - deyə E. Həsənov bildirdi.

Müsahib qeyd etdi ki, biletin qiyməti onun alış tarixindən asılı olaraq 142-180 ABŞ dolları arasında dəyişir. Və bilet nə qədər tez alınarsa, bir o qədər ucuz olar. Hər iki tərəfə bilet alanlar 308 dollar ödəməli olacaqlar.

Uçuş "Tu 154" təyyarələri ilə həyata keçiriləcək.

Xəbər lenti

Xəbər lenti