Moskvada səfərdə olan Azərbaycan prezidenti İlham Əliyev noyabrın 10-da Moskva meriyasına baş çəkib. Trend in xəbər verdiyi kimi, prezidentlə paytaxt meri Yuri Lujkov arasında danışıqlar aparılıb.
Görüşdə qeyd olunub ki, Azərbaycan-Rusiya əməkdaşlığı müxtəlif istiqamətlərdə uğurla inkişaf edir. Bununla yanaşı, Moskva ilə iqtisadi, humanitar və digər sahələrdə əməkdaşlığın səviyyəsindən razılıq ifadə olunub.
Tərəflər əlaqələrin inkişafı ilə bağlı məsələləri və qarşılıqlı maraq doğuran mövzuları müzakirə edib.