...

Moskvada AŞ-nin yerli və regional hakimiyyət orqanları Konqersinin payız sessiyası keçirilir

Siyasət Materials 14 Noyabr 2006 13:10 (UTC +04:00)

Noyabrın 14-də Moskvada Avropa Şurası yerli və regional hakimiyyət orqanları Konqersinin payız sessiyasında Azərbaycan parlamentinin spikeri adından Milli Məclisin deputatı Asəf Hacıyev çıxış edəcək. AŞ-dən Trend ə verilən məlumata görə, Asif Hacıyev "Qara dəniz regionu ölkələrinin qarşılıqlı əlaqəsi" adlı məruzə ilə çıxış edəcək.

Məlumatda deyilir ki, Konqresin vits-prezidenti Dubravka Suisa (Dubravka SUICA) və Samsun meri (Türkiyə) Yusif Ziya Yılmaz da bu mövzu üzrə çıxış edəcək.

Rusiyanın Nazirlər Komitəsində sədrliyi çərçivəsində sessiyanın işini Konqres sədri Halvdan Skard və Rusiya Federasiyası Federal Yığıncağının Federsiya Şurası sədri Sergey Mironov açacaq. Sessiyada RF hökuməti sədrinin I müavini Dmitri Medvedev, xarici işlər naziri Sergey Lavrov və Moskva meri Yuri Lujkov da çıxış edəcək.

Sessiyada noyabrın 6-da Azərbaycanda bələdiyyə seçkilərinin monitorinqini keçirmiş konqresin monitorinq qrupunun hesabatının da müzakirə olunacağı gözlənilir.

AŞ yerli və regional hakimiyyət orqanları Konqresinin sessiyası noyabrın 15-də Moskvada başa çatacaq.

Xəbər lenti

Xəbər lenti