...

Prezident Aparatının nümayəndəsi: Hökümət Azərbaycanda texnoparkların yaradılmasını bütünlüklə dəstəkləyir

Siyasət Materials 14 Noyabr 2006 19:04 (UTC +04:00)
Prezident Aparatının nümayəndəsi: Hökümət Azərbaycanda texnoparkların yaradılmasını bütünlüklə dəstəkləyir

Hazırda Azərbaycanın rabitə sahəsinin gündəliyində duran aktual məsələlərdən biri texnoloji parkların yaradılmasıdır və hökümət hər vasitə ilə bu layihəni dəstəkləyir və rəğbətləndirir. Trend xəbər verir ki, bu barədə bu gün AR prezidentinin İcra aparatının informasiya ehtiyatları və texnologiyalar şöbəsinin müdiri Elmir Vəlizadə Xəzər inteqrasiya biznes klubunun üzvləri ilə görüşdə məlumat verib.

Onun sözlərinə görə, hazırda Rabitə və İnformasiya Texnologiyaları Nazirliyi bu istiqamətdə müvafiq işlər görür.

"Texnoparkın yaradılması ölkənin ümumi inkişafı üçün zəruridir. Hökümətin yardımı və Rabitə Nazirliyinin yaxşı təşkil edilmiş işini nəzərə alaraq, proqnozlaşdırmaq olar ki, bu layihə müsbət nəticə verəcək", - deyə o vurğulayıb.

Şöbə başçısı həmçinin qeyd edib ki, artıq bu istiqamətdə dünya təcrübəsi, əsas məqsədi Azərbaycan müəssisələrinin istehsal etdiyi elektron məhsulu xaricə ixrac edə bilmələrinə nail olmaqdan ibarət olan layihənin müsbət və mənfi cəhətləri öyrənilib.

Xəbər lenti

Xəbər lenti