...

Azərbaycan prezidenti İtaliya ilə memorandumu təsdiqləyib

Siyasət Materials 16 Noyabr 2006 13:08 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev ölkənin Kənd Təsərrüfatı Nazirliyi və İtaliyanın Kənd Təsərrüfatı, Ərzaq və Meşəçilik Siyasəti Nazirliyi arasında əməkdaşlıq haqqında qarşılıqlı anlaşma memorandumunun təsdiqlənməsi barədə sərəncam imzalayıb. Trend in xəbər verdiyi kimi, Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyinə qarşılıqlı anlaşma haqqında memorandumun həyata keçirilməsini təmin etmək tapşırılıb.

Memorandum 2006-cı il oktyabrın 20-də Bakıda imzalanıb.

Xəbər lenti

Xəbər lenti