...

Azərbaycan prezidenti "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" SC-in fəaliyyətinin təmin olunması lə bağlı sərəncam imzalayıb

Siyasət Materials 16 Noyabr 2006 14:13 (UTC +04:00)

Noyabrın 15-də Azərbaycan prezidenti İlham Əliyev "Bakıelektrikşəbəkə" və "Sumqayıtelektrikşəbəkə" Səhmdar Cəmiyyətlərinin fəaliyyətinin təmin olunması ilə bağlı bir sıra məsələlər haqqında sərəncam imzalayıb.

Trend in xəbər verdiyi kimi, sənəddə bildirilir ki, aparılmış təhlil zamanı aydın olub ki, kifayət qədər sərmayə qoyuluşunun həyata keçirilməməsi ilə əlaqədar şəbəkələrin avadanlıq və infrastrukturu xeyli korlanıb. Bu isə abunəçilərin fasiləsiz enerji təchizatı üçün problem yaradır. Bununla əlaqədar olaraq cəmiyyətlərin nizamnamə kapitallarının artırılması üçün İqitisadi İnkişaf Nazirliyinə 2006-cı ilin dövlət büdcəsindən əlavə 15 mln AZN vəsait ayrılacaq. Nazirliyə bu vəsaitləri səhmdar cəmiyyətlər arasında paylaşdırmaq tapşırılıb.

Xəbər lenti

Xəbər lenti