...

Zurab Qumberidze: Ermənilərin gürcülərə qarşı soyqırım məsələsini qaldırmış alimlərin buna əsası var

Siyasət Materials 16 Noyabr 2006 15:45 (UTC +04:00)
Zurab Qumberidze: Ermənilərin gürcülərə qarşı soyqırım məsələsini qaldırmış alimlərin buna əsası var

"Düşünürəm ki, ermənilərin gürcülərə qarşı törətdiyi soyqırımın tanınması üçün ölkə prezidenti Mixail Saakaşviliyə müraciət etmiş alimlərin buna müəyyən əsası var. Trend in xəbər verdiyi kimi, bu barədə Gürcüstanın Azərbaycandakı səfiri Zurab Qumberidze bəyan edib.

Xatırladaq ki, ötən həftə alim və ziyalıların daxil olduğu Gürcüstan Milli Assambleyasının 60 üzvü ermənilərin Gürcüstanda törətdiyi soyqırımın tanınması tələbi ilə Mixail Saakaşviliyə müraciət edib. Müraciətdə deyilir ki, 1993-cü ildə "Baqramyan" hərbi birləşmələri abxazlarla birgə Gürcüstan ordusuna qarşı döyüşüb. Nəticədə Abxaziyada yaşayan gürcülər öldürülüb. "Çar Rusiyası tərəfindən ermənilərin Cavaxetiyada (Gürcüstan) məskunlaşmasına qədər bu rayonda bir nəfər də erməni yaşamırdı. Ancaq bu gün Cavaxetiya Ermənistanın tərkibində göstərilir.

Ermənilər Cavaxetiya ərazisində olan gürcü aibədələrini bərbad vəziyyətə salaraq öz abidələri kimi təqdim edir. Bütün bunlar sistemli xarakter daşıyır və buna görə də onların gürcülərə qarşı soyqırımı kimi tanınmalıdır". Abxaziya Ali Sovetinin ölkədən çıxarılmış deputatı Akaki Qasviani bəyanatında bu addımı dəstəkləyib və Gürcüstan torpaqlarının işğalında və Abxaziyada separtçı rejimin yaradılmasında ermənilərin rolunu vurğulayıb.

Səfir güman edir ki, Gürcüstan prezidenti müvafiq qərar qəbul edəcək.

Xəbər lenti

Xəbər lenti