...

Azərbaycanın müdafiə naziri MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin Brestdə planlaşdırılan görüşündə iştirak edəcək

Siyasət Materials 20 Noyabr 2006 14:20 (UTC +04:00)

Noyabrın 23-də Azərbaycanın müdafiə naziri general-polkovnik Səfər Əbiyev MDB-yə üzv dövlətlərin müdafiə nazirlərinin Brestdə planlaşdırılan görüşündə iştirak edəcək. Bu barədə Trend ə Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ramiz Məlikov məlumat verib.

İclas MDB -yə üzv-dövlətlərin Müdafiə nazirləri şurasının sədri, Rusiyanın müdafiə naziri Sergey İvanovun başçılığı ilə keçiriləcək. İclasın gündəliyinə hərbi qulluqçuların (vətəndaşlar, hərbi xidmətdən kənar edilənlər) və onların ailə üzvlərinin, birbaşa öz Vətənlərinin müdafiəsində iştirak etmiş MDB iştirakçı -dövlətləri silahlı qüvvələrinin işçi və qulluqçularına yardım və reabilitasiyanın Model konsepsiyasının və hərbi qulluqçular və onların ailə üzvləri, MDB iştirakçı-dövlətləri silahlı qüvvələrinin işçi və qulluqçularının dini -mənəvi tərbiyəsi məqsədilə MDB dövlətləri silahlı qüvvələrinin hərbi idarəetmə orqanlarının dini birliklərlə qarşılıqlı əlaqəsinin Model konsepsiyasının təsdiqi daxildir.

Həmçinin Birlik dövlətləri silahlı qüvvələrinin birləşmiş (birgə) rabitə sistemi, sülhməramlı fəaliyyət, MDB iştirakçı-dövlətlərinin HHM birləşmiş sistemi üzrə məsələlərin müzakirə edilməsi, 2006-cı ildə MDB iştirakçı-dövlətlərinin Müdafiə nazirləri şurasının işçi orqanlarının fəaliyyətinin yekunlaşdırılması, eləcə də MDB iştirakçı-dövlətlərinin Müdafiə nazirləri şurasının 2007-ci il üçün iş planının müzakirə edilməsi planlaşdırılır.

MDB iştirakçı-dövlətlərinin Hərbi-texniki komitəsinin "dəyirmi masa" formasında "MDB iştirakçı-dövlətlərinin hərbi texniki əməkdaşlığı - problemlər və perspektivlər" mövzusunda toplantısının keçirilməsi də nəzərdə tutulub.

Xəbər lenti

Xəbər lenti