...

Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna düzəlişlər Strasburqda müzakirə olunacaq

Siyasət Materials 20 Noyabr 2006 16:24 (UTC +04:00)

Azərbaycanda "Sərbəst toplaşmaq azadlığı haqqında" qanunun təkmilləşdirilməsi məsələsinin dekabrın 6-7-də Strasburqda müzakirə olunması planlaşdırılır. Bu barədə Trend ə eksklüziv olaraq Avropa Şurası Venesiya Komissiyasının katibi Alan Şable məlumat verib.

Görüşdə Azərbaycanı ölkə Prezidentinin İcra Aparatının nümayəndələri Fuad Ələsgərov, Şahin Əliyev və Çinqiz Əsgərov təmsil edəcək. A.Şable bildirib ki, tərəflər 1998-ci ildə qəbul olunmuş "Sərbəst toplaşmaq azadlığı haqqında" qanuna düzəlişləri ATƏT-in Bakı ofisi nümayəndələrinin iştirakı ilə müzakirə edəcək.

Xəbər lenti

Xəbər lenti