...

Azərbaycan MDB Hökümət başçıları Şurasının növbəti iclasında baş nazir səviyyəsində təmsil olunacaq

Siyasət Materials 20 Noyabr 2006 18:55 (UTC +04:00)

MDB hökümət başçıları Şurasının noyabrın 24-də Minskdə keçiriləcək növbəti iclasında Azərbaycanı baş nazir Artur Rəsizadə təmsil edəcək. Bu haqda Trend -ə Azərbaycanın Nazirlər Kabinetindən məlumat veriblər.

Mənbə qeyd edib ki, növbəti iclasın gündəliyi artıq MDB-nin İcra Komitəsi tərəfindən Azərbaycan Hökümətinə göndərilib və o, indi müzakirə olunur.

Xatırladaq ki, MDB İcra Komitəsinin məlumatına əsasən, MDB Hökümət başçıları şurası növbəti iclasda bir sıra maliyyə sənədlərini müzakirə etməyi planlaşdırır. Bunlar - Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin büdcə vəsaitləri hesabına maliyyələşdirilən MDB orqanlarının vahid büdcə Əsasnaməsi haqqında (yeni redaksiyada), Müstəqil Dövlətlər Birliyinin üzv dövlətlərinin büdcə vəsaitləri hesabına maliyyələşdirilən MDB orqanlarının 2007-ci il üçün vahid büdcə parametrləri haqqında, Birliyin MDB orqanlarının vahid büdcəsi hesabına maliyyələşdirilən təhlükəsizlik sahəsindəki orqanlarının vahid əməyin ödənilməsinin vahid sisteminə keçməsi haqqında qərarlardır.

Hökümət başçıları həmçinin 2003-2010-cu illərdə iqtisadi sahədə MDB-nin üzv dövlətlərinin qarşılıqlı fəaliyyətinin səmərəliliyinin inkişafı və artırılmasına yönəldilən əsas tədbirlərin Reallaşdırılması Planının, 2005-ci ilə kimi Müstəqil Dövlətlər Birliyinin inkişafı üzrə Fəaliyyət proqramının icrasına aid məsələləri nəzərdən keçirəcək.

Bundan əlavə, hökümət başçıları Müstəqil Dövlətlər Birliyinə üzv dövlətlərin Antiterror Mərkəzinin Rəşbərinin Mərkəzin fəaliyyəti haqqında hesabatınıgözdən keçirəcək, bir sıra kadr məsələlərini müzakirə edəcəklər.

Ehtimal olunur ki, bütünlüklə razılaşdırılan sənədlər hökümət başçıları tərəfindən müzakirə olunmadan imzalanacaq.

Xəbər lenti

Xəbər lenti