...

AXCP-də bütün müxalifət liderlərinin birgə toplantısı olub

Siyasət Materials 21 Noyabr 2006 14:47 (UTC +04:00)

Noyabırn 21-də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) qərargahında Azərbaycan müxalifətini təmsil edən siyasi partiya sədrlərinin, hüquq-müdafiə təşkilatlarının, jurnalist qurumları rəhbərlərinin geniş toplantısı olub. Trend in məlumatına görə, məşvərət toplantısında "Azadlıq" blokunun həmtəsisçiləri - AXCP sədri Əli Kərimi, Liberal Partiyasının lideri Lalə Şövkət, Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyev, Azərbaycan Demokrat Partiyasının funksioneri Sərdar Cəlaloğlu, həmçinin Müsavat Partiyasının başqanı İsa Qəmbər, Klassik Xalq Cəbhəsi Partiyasının sədri Mirmahmud Mirəlioğlu, Vətəndaş Həmrəyliyi Partiyasının sədri Sabir Rüstəmxanlı, Demokratik İslahatlar Partiyasının sədri Asim Mollazadə, müsavatçı deputat qrupu və digər siyasi xadimlər iştirak ediblər.

Toplantıya həmçinin qəzet rəhbərləri - "Yeni Müsavat"ın baş redaktoru Rauf Arifoğlu, "Qanun" jurnalının baş redaktru Şahbaz Xuduoğlu, "Bakı xəbər" qəzetinin baş redaktoru Aydın Quliyev, "Yeni zaman" qəzetinin baş redaktoru Şakir Habiloğlu, hüquq müdafiəçiləri Murad Sadəddinov, Leyla Yunus, Arzu Abdullayevıa, Səidə Qocamanlı, Novella Cəfəroğlu və başqaları da qatılıblar.

Toplantıda son zamanlar mətbuata təzyiqlər, AXCP, "Azadlıq" qəzeti, "Turan" Agentliyinin ofislərindən çıxarılması məsələsi barədə müzakirələr aparılıb, azad sözə qarşı təqiblər pislənilib. Müxalifətçi siyasi və ictimai qurumların rəhbərləri qərara alıblar ki, birgə kütləvi aksiyalar keçirilsin, müxalifətin birgə qurumu yaradılsın, aclıq aksiyası və piketlər davam etdirilsin, beynəlxalq təşkilatalara müraciət olunsun, son illərdə azad mətbuata, siyasi partiyalara qarşı təqiblərin monitorinqi aparılsın və beynəlxalq qurumlara göndərilsin.

Xəbər lenti

Xəbər lenti