2007-ci ildə Rusiya Azərbaycana qaz idxalının həcmini 1,5 mlrd. kub metrədək azaltmaq niyyətindədir. Trend in xəbər verdiyi kimi, bu barədə ARDNŞ prezidenti Rövnəq Abdullayev məlumat verib. Onun sözlərinə görə, bu il həcm 4,5 mlrd. kub metrə bərabər olacaq.
R.Abdullayev qeyd edib ki, respublikada istifadə üçün çatışmayan qaz həcmini ölkənin öz imkanları, o cümlədən Türkiyənin "Şahdəniz" yatağından almalı olduğu qaz hesabına kompensasiya etmək nəzərdə tutulur. Sonuncu variant hələ danışıqlar mövzusudur. "Türkiyə "Şahdəniz" yatağından qaz qəbul etməyə hələ hazır deyil", - deyə R.Abdullayev qeyd edib.
Gələcəkdə bu həcm Türkiyəyə qaytarıla bilər. Bu halda müqavilələrə yenidən baxılması nəzərdə tutulmur.