Pakistan -Azərbaycan birgə hökümətlərarası iqtisadi komissiyanın görüşü gələn ay keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə Azərbaycanın Pakistandakı səfiri Eynulla Mədətli noyabrın 20-də Pakistanın özəlləşdirmə və investisiya üzrə federal naziri Zahid Həmidlə görüşündə bildirib.
İclas informasiya texnologiyaları, neft-qaz sektoru, özəlləşdirmə və investisiya məsələlərinə həsr olunacaq. Səfir bildirib ki, Pakistan bu yaxınlarda iqtisadi nailiyyətlər əldə etdiyindən Azərbaycan bu ölkənin nəqliyyat, özəlləşdirmə və investisiya sahəsindəki təcrübəsindən istifadə etmək niyyətindədir.