29-30 noyabrda Azərbaycan Dillər Universitetində KİV məsələləri ilə bağlı AŞPA-nın yardımçı komitəsi tərəfindən konfrans keçiriləcək. Bu haqda Trend -ə ekzkluziv olaraq AŞPA -dakı Azərbaycanın parlament nümayəndə heyətinin rəhbəri, Azərbaycan Dillər Universitetinin rektoru Səməd Seyidov bildirib.
Onun sözlərinə görə, tədbirdə Cənubi Qafqaz və Ukrayna jurnalistikasının problemləri ilə bağlı suallar müzakirə olunacaq.