...

Prezident Aparatının şöbə müdiri: Müzakirələr üçün konkret mövzu olsa, Azərbaycan prezidenti Robert Koçaryanla görüşə razılıq verə bilər

Siyasət Materials 22 Noyabr 2006 15:57 (UTC +04:00)

Əgər müzakirələr üçün konkret mövzu olsa, o zaman Azərbaycan prezidenti İlham Əliyev Ermənistan prezidenti ilə görüşə razılıq verəcək. Trend xəbər verir ki, bu barədə noyabrın 22-də Azərbaycan prezidenti İcra Aparatının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədov jurnalistlərə məlumat verib.

N.Məmmədov qeyd edib ki, o, həmsədrlərin Azərbaycan prezidenti ilə görüşündə danışıqlar prosesində müəyyən uğura nail olmaq üçün atılmalı olan addımların müəyyənləşdiriləcəyini ehtimal edir. "Düşünürəm ki, həmsədrlərin səyləri danışıqlar prosesində tərəqqiyə nail olmağa imkan verəcək", - deyə N.Məmmədov əlavə edib.

Xəbər lenti

Xəbər lenti