Trend in xəbər verdiyi kimi, noyabrın 22-də Bolqarıstan Xalq Yığıncağının sədri Georgi Pirinski Azərbaycana gəlib.
Sədr noyabrın 23-də Qara dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Assambleyası Baş Assambleyasının iclasında iştirak edəcək.
QİƏT PA-nın iclası başa çatdıqdan sonra noyabrın 24-25-də onun Azərbaycana rəsmi səfəri başlayacaq.
Bolqarıstan Xalq Yığıncağının sədrini ölkə parlamentinin bütün fraksiyaları və hökumət üzvlərinin daxil olduğu nümayəndə heyəti müşayiət edir. Səfər proqramına prezident İlham Əliyev, Milli Məclisin sədri Oqtay Əsədov, xarici işlər naziri Elmar Məmmədyarov və baş nazir Artur Rəsizadə ilə görüşlər daxildir. Səfər çərçivəsində noyabrın 24-də G.Pirinski Bakı Slavyan Universitetinə də baş çəkəcək. Burada o, Bolqarıstan Mədəniyyət Mərkəzinin fəaliyyəti ilə tanış olacaq, o cümlədən universitetin tələbə və müəllim kollektivi ilə görüşəcək.