...

Teleaparıcı Turan İbrahimov: "Maşın" realiti-şousunda Röya hamıdan çox mənim getməyimi istəyirdi...

Siyasət Materials 24 Noyabr 2006 15:38 (UTC +04:00)
Teleaparıcı Turan İbrahimov: "Maşın" realiti-şousunda Röya  hamıdan çox mənim getməyimi istəyirdi...

"Maşın" realiti-şousu başa çatdı, lakin qalibin adı ətrafında gedən söhbətlər və şayiələr dayanmır. Yaranmış vəziyyəti aydınlaşdırmaqda Trend in müxbirinə şounun qalibi Turan İbrahimov yardım etdi.

- Turan, "Maşın" realiti-şousundan sonra əhvalın necədir?

- Həmişə olduğu kimi - əla.

- Şouda yaranmış vəziyyəti bizim üçün ümumi şəkildə təsvir et.

- Əsasən bütün iştirakçılar şouya "Maşın-4"-dən sonra gəldi və hamı özlərinə yaxşı imic "qazanmaq" istəyirdilər. Lakin nəticədə onların hər biri həqiqətdə olduqları kimi görünürdü. Özlərini ağıllı göstərmək istəyənlər və əksinə də tapılırdı .

- Demək olar ki, sən özünü qəsdən ağılsız göstərirdin?

- Müəyyən dərəcədə - hə. Mən düşündüm ki, bu cür "ağıllı" iştirakçıların yanında mənim "ağılsızlığım" taktika olacaq. Onlar tamaşaçılar üçün oynayırdılar, mən isə onlar üçün. Mən dolaşıq şəkildə tamaşaçılar üçün deyil, məhz oyunçular üçün danışırdım ki, onlar kimin tərəfində olduğumu və nə demək istədiyimi başa düşməsinlər.

- Sən bu şouda özün üçün nəyi kəşf etdin?

- Mən başa düşdüm ki, psixologiya, psixoanaliz, fəlsəfə, din sahəsində öyrəndiklərim və başqalarını mən burada təcrübədən keçirə bilərəm. Bir də gördüm ki, bizim bütün problemlərimiz, böyük və ya balaca olmasından asılı olmayaraq, Allah üçün eynidir. Allah ona ehtiyacı olanları heç vaxt yalnız buraxmır.

- Sən ilk dəfə nə vaxt hiss etdin ki, maşın sənin olacaq?

- Şounun lap əvvəlində mən düşünürdüm ki, birinci növbədə məni çıxaracaqlar. Lakin ilk birbaşa yayımdan əvvəl, pərdə arxasında oturarkən hər bir oyunçunu diqqətlə öyrəndim və başa düşdüm ki, onlar nə fiziki, nə də mənəvi baxımdan məndən nə ağıllı, nə də güclüdürlər. Elə həmin anda məndə bir hiss yarandı ki, qalib gələcəyəm.

- Lakin deyirlər ki, sənin maşının olub?

- Mən heç vaxt maşınımın olduğunu inkar etməmişəm. Sadəcə olaraq deyirdim ki, mənim adıma olan maşınım yoxdur, mən dostumun maşınını sürürəm. Digər tərəfdən, şou iştirakçıları ilk dəfə mənim maşınımın olmadığını bildirəndə düşündüm ki, bundan istifadə etmək olar. Və Nüşabə Ələsgərlinin oyunu tərk etdiyi gün əsl faciə qurdum. Lakin şounun sonuncu günündə öz səhvlərimi etiraf etdim və üzr istədim.

- Sən maşını uddun, amma onu sürmürsən. Niyə?

- Əvvəlcə mən Allahdan maşını udmaq üçün mənə yardım etməsini xahiş etdim! Lakin oyun gedə-gedə insanda yalnız qazanmaq arzusu deyil, həm də özünü təsdiq etmək arzusu yaranır. Allah şahiddir ki, mən maşını udandan sonra o, mənim üçün nə qədər mənasız oldu. Maşını sürməməyimin başlıca səbəbi isə on yeddi şou iştirakçısının "gözü", onların mənfi enerjisidir.

- Müğənnilər səndən intiqam almağa çalışmırdılar?

- Onların replikalarını nəzərə alsaq, belə də olub. Lakin nəticədə hamı başa düşdü ki, burada hər kəsin öz marağı var. Birinci gün İzzət Bağırov guya məni cəzalandırmaq istəyirdi, lakin sonra bildirdi ki, mənə hörmət edir və mənim getməyimi istəmir. Mən isə sonrakı gün ona xatırlatdım ki, o, tamaşaçıların verdikləri maliyyə və mənəvi dəstəyi ayaqlar altına atdı. Qısaca, şounun beşinci günündən sonra bütün iştirakçılar anladılar ki, mən onlar üçün çox böyük maneəyəm və iki dəfə məni tamaşaçıların mühakiməsinə çıxardılar. Yüksək reytinqə malik müğənnilər çətinliklə səs yığdığı halda, mən iki dəfə çox asanlıqla səs yığdım. Və onların məni vurub çıxarmaq səyləri uğurla nəticələnmədi.

- Nə üçün sən Nazimə sərt cavab verdin?

- Mən sərtliyə sərtliklə cavab verdim. Yeri gəlmişkən, şouya qədər məni Nazimlə heç nə bağlamırdı, lakin indi bizim yaxşı münasibətlərimiz var və hər ikimiz bir-birimiz haqqında suallara cavab verməyə məcburuq.

- Bir çoxları hesab edir ki, Röya sənə himayədarlıq edirdi...

- Belə hesab edənlər, yəqin ki, şounu diqqətlə izləməyiblər. Bundan başqa, orada qruplar var idi. Onlardan biri: Nazim, Abbas, Röya və onların tərəfdarları - Malik, Fatimə və başqaları... Digər qrup isə - Azər Axşam, İlqar Xəyal və Coşqun idi. Mən heç bir qrupa aid olmayan yeganə adam idim, lakin onların hər biri mənə qarşı oynayırdı. Mən isə "düşməni öz yanında saxla" prinsipinə əsaslanaraq, hamı ilə ünsiyyət qurmağa çalışırdım. Röyaya gəlincə isə, məhz o, hamıdan çox mənim getməyimi istəyirdi və bunu planlaşdırırdı. Və əgər tamaşaçıların gözlərində bizim yaxşı münasibətlərimiz var idisə, bu, mənim səylərimin bəhrəsi idi. Çünki mən belə olmağını istəyirdim.

- Şoudan sonra insanların sənə münasibəti necədir?

- Üzdən hamı mənimlə yaxşı münasibətdədir, arxamca isə nə danışdıqlarını mən yox, Allah bilir. Halbuki belə təsəvvür yaranır ki, guya hamı mənim qələbəmə sevindi.

- Bizim oxucularımıza arzuların...

- Hamıya uğurlar arzulayıram, həmçinin şou-biznes aləmində bütün hadisələrdən xəbərdar olmaq istəyənlərə isə məsləhət görürəm ki, daim həmin xəbərləri məhz bu saytda izləsinlər. Dəqiq məlumat düzgün nəticə çıxarmağa yardım edəcək.

Xəbər lenti

Xəbər lenti