Azərbaycanın cənub dəniz sərhədlərində xidmətin daha yüksək səviyyədə təmin edilməsi üçün yeni dəniz-sərhəd məntəqəsi yaradılıb. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev məlumat verib.
E.Quliyev bildirib ki, divizion Prezident İlham Əliyevin 2006-2010-cu illərdə dövlət sərhədinin mühafizəsinin texniki inkişafının yüksəldilməsi ilə əlaqədar imzaladığı proqrama uyğun olaraq yaradılıb. "Proqramda göstərilirdi ki, belə bir divizionun yaradılması 2007-ci ilin sonunadək yekunlaşmalıdır. Biz artıq bu istiqamətdə işləri yekunlaşdırmışıq və dekabr ayında məntəqənin təntənəli açılış mərasimini keçirəcəyik" - deyə E.Quliyev qeyd edib.
E.Quliyevin sözlərinə görə, 2005-ci ildə Prezidentin sərəncamı ilə Dövlət Sərhəd Xidmətinin Sahil Mühafizəsi yaradılılb. Sahil mühafizəsinin dənizdə döyüş xidmətinin təşkili ilə əlaqədar bütün qurumlar sahil mühafizəsi rəhdərliyi altında cəmləşdirilib. Bu cəmləşmə isə beynəlxalq terrorçuluğa, qeyri-leqal miqrasiyaya, qeyri-qanuni balıq ovlamaya, narkotik maddələrin qeyri-qanuni daşınmasına, qaçaqmalçılığa qarşı mübarizəni daha da təkmilləşdirir.
"Sahil mühafizəsinin yaradılması bizə sahil məntələqərinin yaradılması səlahiyyətini, o cümlədən havadan suyun üzərinə nəzarətin xüsusi məntəqələrdən təşkil edilməsi şəraitinin yaradılması imkanlarını verib. Xəzərin Azərbaycan sektorunda xidməti imkanlarımız gələcəkdə daha da genişlənəcək" - deyə komandan bildirib.