...

Sərhəd zastavalarındakı manqalar ləğv olunacaq və peşəkar hərbçilərin rəhbərliyi altında qruplar fəaliyyətə başlayacaq

Siyasət Materials 28 Noyabr 2006 16:33 (UTC +04:00)

Azərbaycanın sərhəd zastavalarındakı manqalar ləğv olunacaq və peşəkar hərbçilərin rəhbərliyi altında qruplar fəaliyyətə başlayacaq. Trend in xəbərinə görə, bu barədə jurnalistlərə Azərbaycanın Dövlət Sərhəd Xidmətinin rəisi, Sərhəd Qoşunlarının komandanı general-leytenant Elçin Quliyev məlumat verib.

"Artıq biz xidməti döyüş fəaliyyətini yeni bir müstəviyə qaldırırıq. Artıq gəmilərdə gənc əsgərlərin xidmət etməsi məsələsini gündəmdən çıxarıb onları peşəkar heyətlə əvəzləyirik. Bununla əlaqədar sahil mühafizəsinin nəzdində tədris mərkəzi də yaradılıb. Lakin bu proses təkcə sahil mühafizəsində yox, sərhəd nəzarəti buraxılış məntəqələrində də həyata keçirilir, yaxın gələcəkdə isə sərhəd zastavalarında davam etdiriləcək. Prezidentin imzaladığı müvafiq proqramda bu prosesin 2015-ci ilədək yekunlaşması nəzərdə tutulsa da, biz bu işləri daha tez müddətə yekunlaşdıracağıq" - deyə E.Quliyev bildirib.

E.Quliyevin sözlərinə görə, sərhəd deviziyalarında elektron mühafizə sisteminin tətbiqi davam etdilir. "Artıq Naxçıvan sərhəd deviziyasının ərazisində bu sistemin tətbiqinə başlanılıb. Sistemin bütün sərhəd deviziyalarında tətbiqi isə 3 il ərzində tam başa çatdırılacaq" - deyə o qeyd edib.

Xəbər lenti

Xəbər lenti