"Bu qış Gürcüstan və Azərbaycanın tarixi qardaşlığının təzahürü olacaq". Trend in xüsusi müxbirinin məlumatına görə, bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Londonda gürcü jurnalistləri üçün brifinqdə bəyan edib. Prezidentin sözlərinə görə, Londona səfərdən əvvəl Minskdə Azərbaycan prezidenti İlham Əliyevlə görüşüb. "Biz mühüm məsələlərə toxunduq. Deyə bilərəm ki, bu il Gürcüstan Azərbaycandan qaz alacaq", - deyə M.Saakaşvili qeyd edib.
O vurğulayıb ki, Gürcüstanın Moskvaya fikir verməyərək, öz taleyini həll etmək və Tiflisdə ölkənin tarixini yazmaq vaxtı çatıb.
Gürcüstan prezidenti təsdiqləyib ki, Rusiya dövlət başçısı Vladimir Putinlə təkbətək görüşüb. O, bu görüşün təfərrüatları barədə danışmayıb və vurğulayıb ki, görüş Belarus prezidenti Aleksandr Lukaşenkonun yanında qəbuldan sonra baş tutub.
"Mən gələcəkdə Rusiya prezidenti ilə görüşməyə hazıram. Ancaq düşünürəm ki, Moskvada bizimlə yeni əlaqələr qurmaq lazım olduğunu başa düşməyə başlayıblar", - deyə M.Saakaşvili vurğulayıb.